Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
FÜZULİNIİN IŞĞALDAN AZAD OLUNMASININ TARİXİ ƏHƏMİYYƏTİ

0

  •          Artıq keşməkeşli və şanlı Azərbaycan tarixinə  qızıl hərflərlə yazılmış daha bir səhifə əlavə
    olunmuşdur. Həmin  səhifə Müzəffər  Azərbaycan ordusunun möhtəşəm qələbəsi ilə
    başa çatan 44 günlük Vətən müharibəsi səhifəsidir.                                  

    Vaxtilə öz havadarlarının yaxından köməkliyi ilə Azərbaycan
    torpaqlarının 20 faizini işğal etmiş erməni faşistləri getdikcə daha da
    quduzlaşırdı. Artıq işğalın "yaşı" otuza çatırdı ki, bu zaman aralığı
    əsrin üçdə birinə bərabər idi. Torpaqları işğal altında inləyən Azərbaycanın səbir
    kasası dolmuş, necə deyərlər, bıçaq sümüyə dirənmişdi. Beynəlxalq qurumlar isə
    özlərinin  qəbul etdikləri qərara hörmət
    etmələrini faşist ermənilərdən tələb etmək əvəzinə onların bir növ nazı ilə
    oynayır və bu məsələ ilə bağlı bütün bəyanatlarında işğalda olan ərazilərin hərb
    yolu ilə həll edilməsinin mümkün olmadığını vurğulayaraq Azərbaycanı öz
    torpaqlarını güc vasitəsilə azad etməsi fikrindən daşındırmağa çalışırdı. Dünya
    birliyinin, beynəlxalq təşkilatların erməni quldur dəstələrinin Azərbaycan
    torpaqlarını   qeyd-şərtsiz  tərk etməsi haqqında qəbul etdikləri qərar və
    qətnamələri heçə sayan erməni faşist dövləti, nəinki işğala son qoyur, hətta
    dünya birliyinin bu astagəlliyindən ruhlanaraq yeni Azərbaycan ərazilərini
    işğal etmək niyyətində olduqlarını da gizlətmirdilər.                                   

    Cəzasızlıq mühitindən ruhlanan quduzlaşmış erməni
    faşistləri 27 sentyabr 2020-ci il tarixdə bütün təmas xətti boyu yeni Azərbaycan
    ərazilərini işğal etmək məqsədilə ordumuzun mövqeləri üzərinə hücuma keçdilər.
    Düşmənə cavab verməyin heç bir alternativi olmadığı üçün ölkə Prezidenti-Ali
    Baş Komandan İlham Əliyev Müzəffər ordumuza vur əmri verdi. Vətən torpaqlarının
    düşmən tapdağı altında inləməsi ilə heç cür barışmayan, illərlə torpaqları mənfur
    düşməndən təmizləmək eşqi ilə alışıb yanan qəhrəman Azərbaycan oğulları bu anı
    çoxdan gözləyirdilər və ovunu gözləyən qartallar kimi düşmən üzərinə şığıdılar.
    Özünü yenilməz hesab edən erməni quldurları ordumuzun qəhrəmanlığı qarşısında
    çaşıb qaldılar və pərən-pərən düşdülər. Ordumuz bir-birinin ardınca
    torpaqlarımızı işğaldan  azad etməyə
    başladı.                                         

     Hər bir cəngin,
    hər bir müharibənin bir dönüş nöqtəsi, bir qırılma anı olur. Bu baxımdan Vətən  müharibəsində  Füzulinin işğaldan azad edilməsi böyük tarixi əhəmiyyətə
    malik  qırılma anlarından biri idi. Uzun
    illər ərazilərimizi işğal altında saxlayan düşmən xüsusilə Ağdam və Füzuli
    istiqamətində çox güclü müdafiə mövqeyləri və istehkamlar yaratmışdılar. Onlar
    Azərbaycan silahlı qüvvələrinin möhtəməl hücumlarını daim Ağdam və Füzuli  istiqamətlərindən gözləyirdilər. Azərbaycan
    ordusu isə birbaşa Füzuli şəhəri istiqamətində deyil, rayonun digər ərazisindən
    hücum edərək Cəbrayıl ərazisinə keçdi və oradan da Araz boyu hücumu davam etdirərək
    Füzuli şəhərinə daxil olmadan oktyabr ayının 4-də Cəbrayıl şəhərini İşğaldan
    azad etdi. Cəbrayılın işğaldan azad edilməsi ilə Azərbaycan bir növ düşmənin
    arxasına keçmiş oldu. Lakin, qeyd olunduğu kimi Füzuli istiqamətində düşmən çox
    güclü müdafiə səddinə malik idi. Bu müdafiə səddini yarmaq xüsusi peşəkarlıq və
    yüksək cəsarət tələb edirdi.                                                 


    Bütün çətinliklərə, düşmənin yaratdığı güclü
    istehkama baxmayaraq Azərbaycan ordusu qarşısına yalnız bir məqsəd qoymuşdu. Nəyin
    bahasına olursa, olsun torpaqları işğaldan azad etmək. Necə deyərlər, öldü var,
    döndü yoxdur. Nəhayət, Azərbaycan ordusunun peşəkarlığı və igidliyi sayəsində
    2020-ci il oktyabr ayının 17-də Füzuli şəhəri işğaldan azad edildi. Füzulinin
    işğaldan azad edilməsi düşmənin müdafiə mövqeyini köklü şəkildə zəiflətdi.
    Artıq Zəngilanın, Qubadlının işğaldan azad edilməsi üçün böyük zəmin
    yaranmışdı. Xocavənd istiqamətində də düşmənin müdafiə mövqeyləri xeyli zəifləmişdi.
    Eyni zamanda Füzulinin işğaldan azad edilməsi düşmənin müdafiə həlqəsini bir
    xeyli daraltmış, Azərbaycan ordusunun hücum imkanlarını bir xeyli gücləndirmişdi.                       

    Təsadüfi deyildir ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın
    möhtəşəm zəfəri ilə başa çatdıqdan dərhal sonra quruculuq işlərinə məhz Füzuli
    rayonundan başlanıldı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan
    cənab İlham Əliyevin sərancamı ilə ilkin olaraq  Füzuli  aeroportunun
     və  Füzuli - Şuşa Zəfər yolunun tikintisinə
    başlanıldı. Hər iki tikintinin təməlqoyma mərasimində Müzəffər Ali Baş
    Komandanımız cənab İlham Əliyev şəxsən iştirak etmişdir. Qısa zamanda-heç üzərindən
    bir il də keçmədən Füzuli aeroportu istifadəyə verilmiş, Zəfər yolu isə bitmək
    üzrədir. Əlbəttə, müharibədə sonrakı quruculuq  işləri  bununla
    məhdudlaşmır. Ötən müddət ərzində Füzuli-Laçın yolunun inşasına başlanılmış,
    Güləbir Elektrik yarımstansiyası tikilib istifadəyə verilmiş, Zəngilan və Laçın
    aeroportlarının tikintisi davam etdirilir. Hal-hazırda Toğanalı-Kəlbəcər -
    Laçın yolunun tikintisi də davam etdirilir, Tərtər-Suqovuşan yolu, Suqovuşan
    Elektrik Yarımstansiyası tikilib istifadəyə verilmişdir.              

     Bütün
    bunlara nəzər saldıqda Füzuli şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti
    bir daha gözlərimiz önündə canlanır. Məhz Füzuli şəhərinin işğaldan azad edilməsi
    digər işğal altında olan Azərbaycan ərazilərinin azad edilməsi üçün möhkəm zəmin
    yaratdı və düşmən Ağdam, Kəlbəcər və Laçın ərazilərində döyüş əməliyyatları
    getmədən düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu.                                    

     İllər ötdükcə Azərbaycan xalqı 44 günlük Vətən
    müharibəsinin, onun tərkib hissəsi olan Füzulinin azad edilməsinin tarixi əhəmiyyətini
    daha dərindən hiss edəcəkdir. Qarabağ Azərbaycandır!                        

     

    Əli Hümbətov,Vətən Müharibəsi qazisi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib42 dəfə
    FÜZULİNIİN IŞĞALDAN AZAD OLUNMASININ TARİXİ ƏHƏMİYYƏTİ

    Maraqlı gələ bilər
    52
    85
    138
    24